Hindistanda 3,5 milyard illik həyat izi tapıldı
Hindistanda alimlər Yer kürəsində mikrob həyatının ən qədim izlərindən birini aşkar ediblər.
TodayPress TV xəbər verir ki, təxminən 3,5 milyard il yaşı olan qaya Sinqhbhum Kratonunda tapılıb.
Qayada qədim mikroorqanizmlərin yaratdığı mikrob örtüklərinə bənzəyən nazik karbon və silisium təbəqələri aşkarlanıb. Araşdırmalar zamanı karbon izotoplarının bioloji proseslərə xas olduğu və üzvi maddə izlərinin mövcudluğu müəyyən edilib.
Alimlərin fikrincə, bu nəticələr karbonun bioloji mənşəli ola biləcəyini göstərir. Əgər tapıntı digər araşdırmalarla da təsdiqlənərsə, bu qaya həyat izləri aşkarlanan ən qədim birbaşa tarixləndirilmiş süxur hesab oluna bilər.
Lakin tədqiqatçılar nəticələrin müstəqil şəkildə yoxlanılmasının vacib olduğunu bildirirlər. Digər alimlər hələlik qayadakı izlərin dəqiq olaraq bioloji mənşəli olduğunu təsdiqləməyiblər.
Türkan İsgəndərli