Kanada ABŞ ilə ticarət danışıqlarının bərpasını təxirə sala bilər

Kanada ABŞ ilə ticarət danışıqlarının bərpasını təxirə sala bilər
24.08.2026 09:53 Dünya

Kanada hökuməti ABŞ ilə ticarət danışıqlarının noyabrda keçiriləcək Konqresə ara seçkilərindən əvvəl bərpa olunacağına çox da ümid etmir.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, Ottava yaxın vaxtlarda yeni danışıqların başlanacağına dair hər hansı əlamət görmür. Bununla belə, hökumət Vaşinqtonla müzakirələrin yenidən başlamasını tam istisna etmir və vəziyyətin dəyişə biləcəyini bildirir.

Kanada hakimiyyəti eyni zamanda ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddətinin sonuna qədər davam edə biləcək mümkün ticarət qarşıdurmasına hazırlaşır və biznes üçün əlavə dəstək tədbirləri hazırlayır.

Bundan əvvəl Baş nazir Mark Karni ABŞ ilə ticarət danışıqlarının dayandırıldığını və Amerika mallarına qarşı cavab rüsumlarının tətbiq ediləcəyini açıqlamışdı. Kanada tariflərinin sentyabrın 8-də qüvvəyə minməsi planlaşdırılır.

ABŞ tərəfi isə bəzi Kanada mallarına tətbiq edilən 50%-lik rüsumların artıq avqustun 22-də qüvvəyə mindiyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər