Ovçu meşədə ov axtarırdı, ayı ailəsi onun evini TALAN ETDİ
Altay Respublikasında ayı ailəsi ovçunun evinə girərək bütün əşyaları dağıdıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə Onquday rayonunda baş verib. Evin sahibi ov etmək üçün həmin əraziyə gəlib və evi boş qoyaraq axşam saatlarında oradan gedib.
Nəticədə evə iki balası olan dişi ayı girib. Heyvanlar qapını və pəncərəni sındırıb, evin içərisində hər şeyi alt-üst edib, həyətdəki qab-qacağı sındırıb və masanı qırıb. Bundan əlavə, ayı ailəsi bütün ərzaq ehtiyatlarını da aparıb.
Aysel Mətləb