Litvada 129 min sakin işıqsız qaldı

Litvada 129 min sakin işıqsız qaldı
24.08.2026 09:13 Dünya

Litvada 22 avqustda baş verən güclü fırtına və leysan yağışlar elektrik şəbəkəsinə ciddi ziyan vurub.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Ölkənin paylayıcı şəbəkə operatoru "Energijos Skirstymo Operaterius" (ESO) şirkətinin nümayəndəsi Rasa Juodkiene bildirib ki, hazırda təxminən 129 min müştəri elektrik enerjisindən məhrumdur.

Fırtınadan sonra işıqsız qalanların sayı ən yüksək həddə 268 min nəfərə çatıb. Avqustun 23-də səhər isə bu rəqəm 219 min olub.

ESO-nun məlumatına görə, bərpa işləri davam edir və elektrik şəbəkəsinin tam bərpasının bir həftəyə qədər vaxt aparacağı gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər