Beton və dəmir yoxdur: Bu körpülər ağac köklərindən hazırlanır
Hindistanın kənd bölgələrində körpülər qeyri-adi üsulla - ağac köklərindən “yetişdirilir”.
TodayPress TV xəbər verir ki, yerli sakinlər Ficus elastica ağacının hava köklərini bambuk və ya betel qozunun gövdələrindən hazırlanmış müvəqqəti dayaqlar vasitəsilə qarşı sahilə yönəldirlər. Köklər illər ərzində böyüyərək bir-birinə birləşir və 20-30 ildən sonra möhkəm, canlı körpüyə çevrilir.
Bəzi belə körpülərin uzunluğu 50 metrə çatır və eyni vaxtda 50-yə qədər insanı daşıya bilir. Maraqlıdır ki, bu körpülərin salınması ilə əsasən Xasi icmasının qadınları məşğul olur.
Bu körpülərin bəzilərinin isə artıq bir neçə yüz illik olduğu bildirilir.
Kübra Musayeva