Bu evin tikintisində 100 min qəzet istifadə olunub

Bu evin tikintisində 100 min qəzet istifadə olunub
24.08.2026 01:51 Maraqlı

Amerikalı mühəndis Elis F. Stenman 1922-ci ildə Massaçusets ştatının Rokport şəhərində yay evi tikməyə başlayıb. Evin karkası, döşəməsi və damı ağacdan olsa da, divarlar üçün qeyri-adi material - köhnə qəzetlərdən istifadə edib.

TodayPress TV xəbər verir ki, Stenman qəzetləri toplayaraq un və su əsaslı yapışqanla qalın təbəqələr halında bir-birinə yapışdırıb, daha sonra səthi lakla örtüb. Nəticədə evin tikintisində təxminən 100 min qəzetdən istifadə olunub. Divarların bəzi hissələrində kağızın 215 təbəqəyə qədər olduğu bildirilir.

Mühəndis sonradan qəzetlərdən mebel də hazırlayıb. Qəzetləri sıx şəkildə bükərək “kağız kötükləri” düzəldib və onlardan müxtəlif əşyalar hazırlayıb. Hətta pianinonun üzəri də qəzetlərlə örtülüb.

Evdəki qəzetlər zamanın izlərini də qoruyub. Mebel üzərində 1927-ci ildə Çarlz Lindberqin Atlantik okeanı üzərindən uçuşu və 1928-ci il ABŞ prezident seçkiləri ilə bağlı xəbərlər saxlanılıb.

1930-cu ildən sonra ev muzeyə çevrilib. “Kağız ev” bir əsrdən artıqdır ki, mövcuddur və bu gün də Rokportda ziyarətçilərin marağına səbəb olur.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər