Siçanlar üçün ideal dünya yaratdılar - Nəticə isə heç kimin gözlədiyi kimi olmadı

Siçanlar üçün ideal dünya yaratdılar - Nəticə isə heç kimin gözlədiyi kimi olmadı
24.08.2026 04:23 Maraqlı

Amerikalı etoloq Con B. Kalhoun 1968-ci ildə siçanlar üzərində qeyri-adi eksperimentə başlayıb. Onlara limitsiz qida və su, təhlükəsiz mühit, rahat yuvalar və çoxalma üçün ideal şərait yaradılıb.

TodayPress TV xəbər verir ki, əvvəlcə siçanların sayı sürətlə artıb. Təxminən 560-cı gündə koloniyanın sayı 2 200-ə çatıb. Lakin bundan sonra artım dayanıb.

Alim müşahidə edib ki, problem qida çatışmazlığı deyil, sosial davranışların dəyişməsi olub. Gənc erkəklər ərazi tapa bilmədikləri üçün toqquşmalar artıb, bəzi dişilər balalarına qulluq etməyi dayandırıb və balaların sağ qalma ehtimalı azalıb.

Eksperimentin son mərhələsində Kalhounun “gözəl” adlandırdığı erkəklər ortaya çıxıb. Onlar sağlam görünür, lakin cütləşməyə və sosial fəaliyyətə maraq göstərmirdilər. Əsasən yeyir, içir, özlərinə qulluq edir və yatırdılar.

Təxminən 920-ci gündən sonra koloniya sürətlə azalmağa başlayıb. Eksperiment sonradan insan cəmiyyətində sosial təcrid, doğum səviyyəsinin azalması və ictimai əlaqələrin zəifləməsi ilə bağlı müzakirələrdə məşhur metaforaya çevrilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər