Qauff tarix yazdı: Şarapova və Hinqisin rekorduna yaxınlaşdı
Dünya reytinqinin dördüncü pilləsində qərarlaşan amerikalı tennisçi Kori Qauff Sinsinnati turnirinin finalında həmyerlisi Cessika Pequlanı 6:2, 6:4 hesabı ilə məğlub edərək WTA-1000 yarışlarında növbəti titulunu qazanıb.
TodayPress TV “Opta Sports”a istinadən xəbər verir ki, bu qələbə Qauffa karyerasında daha bir nadir göstəriciyə imza atmağa imkan verib.
Bildirilir ki, 1990-cı ildən tətbiq olunan WTA-1000 formatında və ya 1990–2008-ci illərdəki Tier I kateqoriyalı turnirlərdə ardıcıl ən azı dörd mövsümdə çempionluq qazanan ən gənc tennisçilər arasında Qauff üçüncü yerdə qərarlaşıb.
Amerikalı tennisçi bu göstəriciyə 22 yaş 153 günündə nail olub. Ondan daha gənc yaşda buna yalnız Martina Hinqis (19 yaş 123 gün) və Mariya Şarapova (20 yaş 305 gün) nail olublar.
Qeyd edək ki, Qauff Sinsinnati turnirində karyerasında ikinci dəfə çempionluq sevinci yaşayıb.
Namiq HUN