“Barselona”dan Əbdülkərim qərarı: müqavilə şərtləri dəyişəcək

“Barselona”dan Əbdülkərim qərarı: müqavilə şərtləri dəyişəcək
24.08.2026 10:23 İdman

“Barselona” ikinci komandanın hücumçusu Həmzə Əbdülkərimlə müqavilənin müddətini uzatmaq istəyir. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilib ki, Kataloniya təmsilçisi artıq 18 yaşlı misirli futbolçu və onun nümayəndələri ilə danışıqlara başlayıb.

“Barselona” Əbdülkərimə daha yaxşı maliyyə şərtləri təklif etməyə hazırlaşır. Klubun hazırkı müqavilədə futbolçunun sərbəst qalma məbləğini 15 milyon avro olaraq müəyyənləşdirən bəndi də ləğv etmək istədiyi bildirilir.

Bununla belə, tərəflər arasında yekun razılaşmanın əldə olunmasına hələ var.

Qeyd edək ki, Əbdülkərim bu yaxınlarda “Barselona”nın əsas komandasında özünü göstərmək şansı qazanıb. O, Qamper Kubokunda “Əl-Əhli”yə qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan yoxlama oyununda komandasının qollarından birini vurub.

Misirli futbolçu İspaniya çempionatının ilk turunda “Elçe” ilə 5:0 hesablı oyunun iştirak ərizəsinə də daxil edilib, lakin meydana çıxmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər