Hikmət Hacıyev Buxaradan paylaşım etdi: Qarabağdan uzanan 400 illik elm yolu

Hikmət Hacıyev Buxaradan paylaşım etdi: Qarabağdan uzanan 400 illik elm yolu
24.08.2026 11:38 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya - əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - deyə o, paylaşımda qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər