Yer üzündəki ən qədim həyatın yaşı İLK DƏFƏ birbaşa ölçüldü!

Yer üzündəki ən qədim həyatın yaşı İLK DƏFƏ birbaşa ölçüldü!
23.08.2026 07:20 Maraqlı

Alimlər ilk dəfə Yer kürəsindəki ən qədim həyat izlərindən bəzilərinin yaşını birbaşa müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc olunub.

Bildirilib ki, Hindistandakı mikrob icmalarının qalıqlarının təxminən 3,5 milyard il yaşı olduğu müəyyən edilib. Əvvəllər bu cür tapıntıların yaşı yalnız dolayı yolla - ətraf süxurların yaşına əsasən müəyyən edilirdi.

Tapıntı Yer qabığının ən qədim bloklarından biri olan Sinqhbhum kratonundakı Bhitardari ərazisində aşkarlanıb. Karbonlu süxurda mikrob matlarının qalıqları - birlikdə yaşayan birhüceyrəli orqanizmlərdən əmələ gəlmiş daşlaşmış “xalçalar”, bir növ qədim biofilmlər qorunub saxlanılıb.

Əsas məqam yaşın birbaşa süxurun özündə müəyyən edilə bilməsi olub.

Bunun üçün alimlər sirkon kristallarında uran və qurğuşun izotoplarının nisbətini ölçüblər və təxminən 5 milyon illik xəta payı ilə 3,497 milyard il nəticəsini əldə ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər