ABŞ-dən İrana xəbərdarlıq: "Rejimin iqtisadiyyatını məhv edəcəyik"
ABŞ Maliyyə Naziri Skott Besant Vaşinqtonun İrana qarşı genişmiqyaslı maliyyə hücumuna keçdiyini və prosesin artıq son mərhələyə daxil olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, Besant Prezident Donald Trampın İranın hərbi imkanlarını darmadağın etdiyini, hərbi obyektlərinin demək olar ki, 100%-ni sıradan çıxardığını və nüvə proqramını tamamilə dəfn etdiyini vurğulayıb.
Diplomat bildirib ki, İrana qarşı tarixdə görünməmiş ən böyük maliyyə sanksiyaları dalğası — iqtisadi "D Günü" başladılır.
Nazir Tehranı dəstəkləyən bütün iqtisadi kanalların kəsiləcəyini, Vaşinqtonu sınamaq istəyən qüvvələrin cavab alacağını və rejim tam təcrid olunana qədər bütün sərt tədbirlərin işə salınacağını diqqətə çatdırıb.
Türkan İsgəndərli