Prezident: Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik

Prezident: Ukrayna xalqına humanitar dəstək göstərməyə davam edəcəyik
24.08.2026 11:17 Xarici siyasət

Azərbaycan Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcək.

TodayPress TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə həmkarı Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubunda qeyd edilib.

"Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.

İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik", - təbrikdə deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər