DSX-dən əməliyyat: 55 kiloqramdan çox narkotik ələ keçirildi
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 55 kiloqram 105 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqustun 21-də 26 kiloqram 5 qram narkotik vasitəni və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbini ölkə ərazisinə keçirməyə cəhd göstərən 1, avqustun 22-də isə 29 kiloqram 100 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən 3 Azərbaycan vətəndaşı saxlanılıb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.