Harrinin "Böyük Britaniyaya qayıdırıq" xəbərindən sonra kral ailəsi bir arada görünündü

Harrinin "Böyük Britaniyaya qayıdırıq" xəbərindən sonra kral ailəsi bir arada görünündü
24.08.2026 15:00 Maraqlı

Şahzadə Uilyam və Keyt Middlton övladları ilə birlikdə Şahzadə Harri və Meqan Marklın Böyük Britaniyaya qayıdacağı xəbərindən sonra ilk dəfə ictimaiyyət qarşısında görüntülənib.

TodayPress TV “Daily Mail”ə istinadən xəbər verir ki, paparassilər cütlüyü uşaqları ilə birlikdə Şotlandiyada avtomobildə olarkən lentə alıblar.

Keyt Middlton və Şahzadə Uilyam oğulları ilə birlikdə avtomobildə hərəkət edib. Onları III Karl və Kamilla başqa avtomobildə müşayiət edib. Onlara, həmçinin Şahzadə Anna həyat yoldaşı Timoti Lourenslə, eləcə də Şahzadə Edvard həyat yoldaşı, Edinburq hersoginyası Sofi və qızı Luiza ilə qoşulub.

Kral ailəsi bazar günü Krati Kirk kilsəsində keçiriləcək ibadət mərasiminə yollanıb.

Qeyd edək ki, vqustun 20-də “The Telegraph” Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın avqustun sonunda ABŞ-dən Böyük Britaniyaya qayıtmağı planlaşdırdığını yazıb. Nəşrin məlumatına görə, ailə kral ailəsinə məxsus olmayan şəxsi iqamətgahda, ehtimal ki, Londonun kənarında məskunlaşmaq niyyətindədir. Onların övladları – yeddi yaşlı Şahzadə Arçi və beş yaşlı Şahzadə Lilibet sentyabr ayında Britaniyada məktəbə başlamalıdır.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər