Keynin böyük hədəfi: “Bavariya” ilə daha çox kubok!

Keynin böyük hədəfi: “Bavariya” ilə daha çox kubok!
24.08.2026 15:24 İdman

“Bavariya”nın hücumçusu Harri Keyn klubdakı dəstəkdən və qarşısına qoyduğu hədəflərdən danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Bayern & Germany” məlumat yayıb.

33 yaşlı ingiltərəli forvard Münhen təmsilçisində özünü yüksək qiymətləndirilmiş hiss etdiyini bildirib. Keyn qeyd edib ki, “Bavariya”nın ona verdiyi dəstək “Qızıl top” uğrunda mübarizədə də imkanlarını artırır.

“Klubdan gələn sevgini hiss edirəm və mənə nə qədər dəyər verdiklərini bilirəm. Söhbət yalnız qollardan getmir. Düşünürəm ki, onlar ümumilikdə oyunumu, həmçinin insan və komanda yoldaşı kimi töhfələrimi də qiymətləndirirlər. Özümü həqiqətən imtiyazlı hiss edirəm.

Azarkeşlərin bu illər ərzində məni necə qəbul etməsi də çox xüsusi olub. Məqsədim onların dəstəyinin əvəzini qollar və kuboklarla verməkdir”, – deyə Keyn bildirib.

Qeyd edək ki, Keynin “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır. KİV-in məlumatına görə, Münhen təmsilçisi hücumçu ilə müqaviləni 2029 və ya 2030-cu ilə qədər uzatmaq istəyir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər