Yeniyetmə atletimiz Avropada fəxri kürsüyə yüksəldi
Azərbaycanın yeniyetmə ağır atleti Kamran Xappayev Priştinada keçirilən U15 və yeniyetmələr arasında Avropa birinciliyində bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.
70 kq çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 123 kq nəticə göstərərək üçüncü olub.
Kamran təkanla qaldırma hərəkətində isə 145 kq nəticə ilə 7-ci yeri tutub. İki hərəkətin cəmində 268 kq nəticə göstərən Xappayev yekun sıralamada 5-ci olub.
Namiq HUN