ABŞ və Cənubi Koreya hərbi təlimləri ləğv etdi
ABŞ və Koreya Respublikası Yaxın Şərqdəki vəziyyətlə əlaqədar birgə “Ssangyong” amfibiya desant təlimlərini ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Koreya Respublikası Dəniz Piyadaları Korpusunun sözçüsü Han Sonq-jong bildirib ki, ABŞ tərəfi iyun ayında Seula təlimlər zamanı hərbi qüvvələrdən istifadəyə məhdudiyyətlər qoyulduğunu rəsmi şəkildə çatdırıb.
Onun sözlərinə görə, təlimlərin gələcəkdə bərpası ilə bağlı ABŞ Dəniz Piyadaları Korpusu ilə məsləhətləşmələr davam etdirilir.
Diviziya səviyyəli “Ssangyong” manevrləri iki ildən bir keçirilir və bu il sentyabr ayına planlaşdırılmışdı. Koreya Respublikasının təlimləri təkbaşına keçirməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Cənubi Koreya ilə keçirilən “Ulchi Freedom Shield” təliminin miqyasının azaldılmasını əmr edib. Təlim planlaşdırılandan altı gün əvvəl, avqustun 21-də başa çatıb.
Türkan İsgəndərli