“Liverpul”un Çempionlar Liqası qəhrəmanları yenidən bir arada!
“Liverpul”un və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Fabinyo karyerasını Türkiyənin “Trabzonspor” klubunda davam etdirəcək.
TodayPress TV xəbər verir ki, klub Fabinyonun transferini rəsmi sosial media hesabları vasitəsilə açıqlayıb.
32 yaşlı futbolçu “Əl-İttihad”dan ayrıldıqdan sonra azad agent statusunda idi. O, ötən mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində 43 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Fabinyonun “Trabzonspor”dakı yeni komanda yoldaşları arasında ukraynalı yarımmüdafiəçi Ruslan Malinovski də var. Türkiyə klubu bundan əvvəl azad agent kimi “Liverpul”un sabiq vingeri Məhəmməd Salahı da heyətinə qatıb.
Xatırladaq ki, Fabinyo və Salah “Liverpul”da birlikdə çıxış ediblər. Onlar 2019-cu ildə İngiltərə klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olublar.
Namiq HUN