Batumidə Azərbaycan zəfəri: Yeniyetmələrimiz 17 medal qazandı
Azərbaycanın yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Cup Youth International 2026” beynəlxalq turnirində uğurlu çıxış ediblər.
TodayPress TV xəbər verir ki, Azərbaycan, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və Ermənistan badmintonçularının iştirak etdiyi yarışda təmsilçilərimiz 5 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 17 medal qazanıblar.
Qızıl medala Murad Qarayev – Aidə Qurbanova (U11 qarışıq qoşa), Murad Qarayev – Doğan Ayan (Türkiyə, U11 qoşa oğlanlar), İsmayıl Qarayev – Zülfüqar Kərimli (U13 qoşa oğlanlar), Ömər Mehdi (U15 oğlanlar fərdi) və Yusif Kamalov – Ömər Mehdi (U15 qoşa oğlanlar) sahib olublar.
Murad Qarayev (U11) və Yusif Kamalov (U15) oğlanların fərdi yarışında, Banu İbrahimli (U15) isə qızların fərdi mübarizəsində gümüş medal qazanıb. U15 qarışıq qoşa kateqoriyasında Ömər Mehdi – Ayla Zeynalova tandemi də ikinci yeri tutub.
Bürünc medallara isə Aidə Qurbanova – Melis Demir (Türkiyə, U11 qoşa qızlar), İsmayıl Qarayev və Zülfüqar Kərimli (U13 oğlanlar fərdi), Dəniz Əhmədli və Lalə İsmayılova (U13 qızlar fərdi), Zülfüqar Kərimli – Dəniz Əhmədli və İsmayıl Qarayev – Lalə İsmayılova (U13 qarışıq qoşa), həmçinin Dəniz Əhmədli – Lalə İsmayılova (U13 qoşa qızlar) layiq görülüblər.
Namiq HUN