Rafael Leau üçün İngiltərə yolu açılır – “Aston Villa” israr edir
“Milan”ın vingeri Rafael Leau yaxın zamanda klubunu dəyişərək karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Birmingem təmsilçisi “Aston Villa” portuqaliyalı futbolçu ilə ciddi maraqlanır və hazırda “Milan”la danışıqlar aparır.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marko məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Aston Villa” transferin maliyyə şərtlərini razılaşdırmaq üçün İtaliya təmsilçisi ilə fəal danışıqlar aparır. Hazırkı vəziyyətdə Leaunun “Milan”dan ayrılması əvvəlki dövrlərlə müqayisədə daha real görünür. Futbolçunun özü də yeni kluba keçməyə qarşı deyil.
Qeyd edək ki, Rafael Leau 2019-cu ildən “Milan”ın formasını geyinir. O, bu müddətdə 293 oyunda 80 qol vurub və 55 məhsuldar ötürmə edib. Portuqaliyalı futbolçunun “Malan”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Namiq HUN