Çin brendləri Avropa bazarını ələ keçirir, 42 min nəfər işsiz qaldı

Çin brendləri Avropa bazarını ələ keçirir, 42 min nəfər işsiz qaldı
25.08.2026 17:00 İKT

Avropa Komissiyası Çinin avtomobil sənayesinin Avropada sürətli genişlənməsinin qarşısını almaq üçün Böyük Britaniya, Yaponiya və Cənubi Koreya ilə iqtisadi ittifaq yaratmaq istəyir.

TodayPress TV “Handelsblatt” qəzetinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasındakı mənbələr məlumat verib.

Tərəfdaşların bazarlarını bir-biri üçün açıq saxlaması və kritik əhəmiyyətli xammalın tədarükü sahəsində birgə fəaliyyət göstərməsi planlaşdırılır.

Böyük Britaniya, Yaponiya və Cənubi Koreyada istehsal olunan avtomobillər Aİ-də Avropa avtomobilləri ilə eyni güzəştlərdən yararlana bilər. Söhbət, o cümlədən elektromobillərin alınmasına subsidiyalardan və xidməti avtomobillər üçün vergi güzəştlərindən gedir. Eyni zamanda, idxalın kəskin artacağı təqdirdə Brüssel qoruyucu gömrük rüsumlarının tətbiqi imkanını nəzərdən keçirir.

Buna səbəb Çin istehsalçılarının Avropada bazar payını sürətlə artırmasıdır. “Handelsblatt”ın məlumatına görə, 2026-cı ilin birinci rübündə Aİ-yə idxal olunan bütün hibrid avtomobillərin 60%-i Çinin payına düşüb. May ayından etibarən isə Çin brendləri Avropada ilk dəfə birlikdə götürüldükdə iri Yaponiya konsernlərindən daha çox avtomobil satır.

Bu vəziyyət Almaniya avtomobil sənayesi üçün xüsusilə həssasdır. Sektor bir il ərzində 42 mindən çox iş yerini itirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər