Zelenski Ukraynanın “Patriot” raketi aldığını açıqladı

Zelenski Ukraynanın “Patriot” raketi aldığını açıqladı
25.08.2026 16:53 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Qərbdən az sayda “Patriot” hava hücumundan müdafiə raketi aldığını açıqlayıb.

TodayPress TV Zelenski Ukrayna mediasına açıqlamasında bir neçə “Patriot” raketinin artıq ölkəyə çatdığını bildirib.

O, onların dəqiq sayını açıqlamayıb və Ukraynanın daha çox raketə ehtiyac duyduğunu vurğulayıb.

Ukrayna lideri həmçinin bir neçə “Crotale” hava hücumundan müdafiə sistemi və onlar üçün raketlərin, eləcə də AIM raketlərinin tədarükü ilə bağlı razılaşmaların əldə edildiyini deyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər