Donçiç “Leykers”ə basketboldakı ilk addımlarını göstərdi

Donçiç “Leykers”ə basketboldakı ilk addımlarını göstərdi
25.08.2026 16:11 İdman

“Los-Anceles Leykers”in oyunqurucusu Luka Donçiç komanda yoldaşları üçün Sloveniyanın paytaxtı Lyublyanada uşaqlıq illərində basketbola başladığı yenilənmiş meydançaya ekskursiya təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə “NBA Retweet” “X” sosial şəbəkəsində məlumat yayıb.

Donçiç komanda yoldaşlarına basketbolda ilk addımlarını atdığı məkanı göstərib. Səfər sloveniyalı basketbolçunun təşkil etdiyi komanda birliyi tədbiri çərçivəsində baş tutub.

Komanda səfər zamanı Bled gölünü də ziyarət edib. Basketbolçular burada balıq tutub və qolf oynayıblar.

Daha əvvəl Donçiçin komanda üçün şəxsi təyyarə kirayələdiyi və səfərin ona təxminən 500 min dollara başa gəldiyi bildirilmişdi.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Donçiç “Leykers”ə basketboldakı ilk addımlarını göstərdi — 1
XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər