Federer keçmiş günləri xatırladı: “Mən bunu sevirdim”
20 qat “Böyük dəbilqə” çempionu, isveçrəli tennisçi Rocer Federer peşəkar tennis karyerası üçün darıxdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Punto de Break” məlumat yayıb.
Federer peşəkar tennisdə keçirdiyi 25 ili qürurla xatırladığını və həmin dövrün həyatında xüsusi yer tutduğunu deyib.
“Geriyə baxanda turda keçirdiyim 25 illə çox qürur duyuram. Çoxlu dost qazandım və hiss edirəm ki, bir çox insan mənim üçün darıxır. Azarkeşlər də yanıma gəlib “artıq oynamamağın təəssüf doğurur” deyirlər. O zaman bütün bunları xatırlayıram və həmişə eyni cavabı verirəm: mən bunu sevirdim.
Artıq turda olmamağım təəssüf doğurur, amma bu, möhtəşəm bir dövr idi və mən onun üçün çox darıxıram. Bundan əlavə, burada – “US Open”də axşam final oyunlarında iştirak etmək imkanı... Belə bir matçın özü belə kifayət edərdi. Bu, onsuz yaşaya bilmədiyim bir şey deyil, amma belə anlar yaşananda bunun nə qədər gözəl olduğunu anlayırsan. Çünki turda həyatım möhtəşəm idi. Mən bundan zövq alırdım”, – deyə Federer bildirib.
Namiq HUN