93 il sonra: Mussolininin nəticəsi ulu babasının açdığı stadionda oynadı

93 il sonra: Mussolininin nəticəsi ulu babasının açdığı stadionda oynadı
25.08.2026 13:28 İdman

“Latsio”nun müdafiəçisi Romano Floriani Mussolini klubun əsas komandasında debütünü “Bolonya”nın “Renato Dall’Ara” stadionunda edib. Stadion 1926-cı ildə onun ulu babası Benito Mussolini tərəfindən açılıb.

TodayPress TV xəbər verir ki, Romano Floriani Mussolini Mauro Floriani və Benito Mussolininin nəvəsi Alessandra Mussolininin oğludur. 

Xatırladaq ki, Benito Mussolini İtaliya Milli Faşist Partiyasının lideri olub və 1922-1943-cü illərdə ölkənin baş naziri vəzifəsini tutub.

Qeyd edək ki, Romano Floriani 2023-cü il iyulun 1-də “Latsio”ya qoşulub. Futbolçunun klubun əsas komandasına cəlb olunması isə daha əvvəl – 2021-ci ildən başlayıb. Onun “Latsio” ilə müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir.

A Seriyasının ilk turunun “Bolonya” – “Latsio” matçı Roma klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər