Almaniya hansı təhlükə ilə üz-üzədir? Merts yaxın günlərdə açıqlayacaq...

Almaniya hansı təhlükə ilə üz-üzədir? Merts yaxın günlərdə açıqlayacaq...
25.08.2026 16:40 Dünya

Almaniya kansleri Fridrix Merts Leypsiq hava limanına pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdindən danışaraq, hadisənin təşkilatçılarını nəticələrlə hədələyib.

TodayPress TV “Bild”ə istinadən xəbər verir ki, Merts “Bunun əvəzini ödəyəcəksiniz”, – deyə bildirib.

O, Almaniyanın getdikcə daha çox hibrid hücumların hədəfinə çevrildiyini vurğulayıb.

Kanslerin sözlərinə görə, bu cür hücumlar təkcə böyük maddi ziyana deyil, həm də insanların yaralanmasına və ölümünə səbəb ola bilər. Merts hökumətin ölkənin müdafiəsini gücləndirdiyini, o cümlədən PUA-lara qarşı mübarizə mərkəzinin yaradıldığını bildirib.

Merts, həmçinin hakimiyyət orqanlarının xüsusi xidmət orqanları ilə birlikdə Leypsiqdə baş verən insidentin arxasında kimin dayandığını müəyyənləşdirməyə davam etdiyini deyib.

Bununla belə, qarşıdakı hökumət iclasında hadisəyə görə məsul şəxslərin müəyyənləşdirilməsi məsələsi müzakirə olunmayacaq.

“Yaxın vaxtlarda bu məlumatı təqdim edəcək və bununla bağlı açıqlama verəcəyik”, – deyə Almaniya kansleri vəd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər