“Sanderlend” “Barselona”nın gənc ulduzu üçün hərəkətə keçdi
İngiltərənin “Sanderlend” klubu “Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun transferi ilə bağlı danışıqları aktiv şəkildə davam etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı dayaq yarımmüdafiəçisi baş məşqçi Hans-Diter Flikin uzunmüddətli planlarına daxil deyil. “Qara pişiklər” transferi mümkün qədər tez yekunlaşdırmağa çalışır. Kasadonun gələcəyi ilə bağlı qərarını yaxın günlərdə verməsi gözlənilir.
İspaniyalı futbolçu Avropada karyerasını davam etdirmək niyyətindədir. O, Səudiyyə Ərəbistanından təkliflər alsa da, bu variantlara isti yanaşmır.
Kasadoya əvvəlcə “Nottingem Forest” əsas namizəd hesab olunurdu. Lakin “Sanderlend” rəqibini qabaqlamaq və transferi qısa müddətdə tamamlamaq istəyir.
Qeyd edək ki, Kasado 2025/2026-cı illər mövsümündə “Barselona”nın heyətində La Liqada 24 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 6 matçda iştirak edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Onun Transfermarkt portalında bazar dəyəri 18 milyon avro qiymətləndirilir.
Namiq HUN