Avropanın ən ucuz tətil şəhəri seçildi

Avropanın ən ucuz tətil şəhəri seçildi
25.08.2026 14:54 Dünya

Albaniyanın paytaxtı Tirana Avropanın ən əlverişli tətil istiqaməti seçilib.

TodayPress TV xəbər verir ki, “Euronews”un məlumatına görə, Tomas Kuk 50-dən çox məşhur turizm məkanını araşdıraraq sentyabr ayında gecələmə qiyməti 100 avrodan aşağı olan şəhərləri müəyyənləşdirib.

Siyahının ilk pilləsində Tirana qərarlaşıb. Burada bir gecəlik otelin qiyməti orta hesabla 32 avro, ucuz restoranda şam yeməyi 8,50 avroya başa gəlir.

İkinci yeri Rumıniyanın paytaxtı Buxarest tutub. İlk beşliyə Polşanın Varşava şəhəri, Türkiyənin Antalya və İstanbul şəhərləri də daxil olub.

İstanbulda bir gecəlik qalmaq adambaşına orta hesabla 28 avroya başa gəlir. Ucuz restoranda yeməyin qiyməti isə 8-9 avro civarındadır.

Reytinqdə həmçinin Türkiyənin Muğla, Polşanın Krakov, Litvanın Vilnüs, Almaniyanın Frankfurt, Fransanın Lion, Estoniyanın Tallin, Yunanıstanın Heraklion və Portuqaliyanın Porto şəhərləri yer alıb.

Beləliklə, sentyabr ayında Avropada münasib qiymətə istirahət etmək istəyənlər üçün Tirana ən sərfəli seçim kimi göstərilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər