Zaxarovadan Parisi sarsıdan bəyanat: "Səhvlərinizi Rusiyanın üzərinə atmayın!"
Paris 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərinə Moskvanın müdaxilə etdiyini iddia etməyə və Rusiyanı düşmən obrazında təqdim etməyə çalışır.
TodayPress TV Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova nazirliyin rəsmi saytında bildirib.
“Heç kimə sirr deyil ki, rəsmi Paris Rusiyanı məqsədyönlü şəkildə düşmən obrazında göstərməklə kifayətlənmir, həm də istər iqtisadiyyat, istərsə də xarici siyasət sahəsində özünün çoxsaylı səhvlərini və uğursuzluqlarını ölkəmizin üzərinə atmağa çalışır”, – deyə rəsmi cavabda bildirilib.
Qeyd edək ki, 2026-cı ilin yayında Fransanın kiberməkanda xarici müdaxiləyə qarşı mübarizə aparan dövlət qurumu Viginum “Rusiya yönümlü” kimi xarakterizə etdiyi "Matriochka" və "Storm-1516" adlı iki şəbəkəyə aid etdiyi dezinformasiya hücumları aşkarlayıb. İddialara görə, bu hücumlar 2027-ci il prezident seçkilərində Marin Le Penin potensial rəqiblərinə qarşı yönəlib.
Qiymət Mahir