Yaponiya, ABŞ və Avstraliyadan böyük hərbi təlim: "Typhon"dan istifadə olunacaq

Yaponiya, ABŞ və Avstraliyadan böyük hərbi təlim: "Typhon"dan istifadə olunacaq
25.08.2026 16:00 Dünya

Yaponiya, ABŞ və Avstraliya sentyabr ayında “Şərq Qalxanı” adlı genişmiqyaslı birgə hərbi təlimlər keçirəcək.

TodayPress TV xəbər verir ki, Yaponiya Quru Qoşunları Komandanlığının məlumatına görə, təlimlər sentyabrın 8-dən 24-dək ölkənin müxtəlif bölgələrində, o cümlədən Hokkaydo və Kyuşu adalarında keçiriləcək.

Manevrlərin Kyuşudakı Kanoya hava bazasında keçiriləcək hissəsində ABŞ-nin “Typhon” orta mənzilli raket sistemlərindən də istifadə olunacaq. Bu, həmin sistemlərin Yaponiyada üçtərəfli təlimlər çərçivəsində tətbiq ediləcəyi ilk deyil, üçüncü hal olacaq.

Təlimlər zamanı canlı atəş, havadan desant və nəqliyyat əməliyyatları üzrə məşqlər keçiriləcək. Üç ölkədən ümumilikdə təxminən 3 700 hərbçinin iştirak edəcəyi bildirilir.

Bu rəqəm Yaponiya, ABŞ və Avstraliya arasında keçirilən üçtərəfli hərbi təlimlər üçün rekord sayılır.

“Typhon” sistemləri daha əvvəl Yaponiyanın Yamaquçi prefekturasındakı İvakuni bazasında və Kanoya hava bazasında yerləşdirilib. ABŞ bu sistemləri Filippinin şimalında da yerləşdirib.

Yaponiya mediasının məlumatına görə, təlimlər başa çatdıqdan sonra “Typhon” sistemlərinin ABŞ-nin Yaponiyadakı bazalarından birinə aparılması gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər