Savinyo “Mançester Siti”ni tərk etdi, yeni ünvanı bəlli oldu
Braziliyalı vinger Savinyo karyerasını İngiltərənin “Tottenhem” klubunda davam etdirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı futbolçu “Mançester Siti”dən ayrılaraq “Tottenhem”in oyunçusu olub.
Daha əvvəl mətbuatda transferin təxminən 99 milyon avroya başa gələcəyi və müqavilənin bütün zəruri prosedurlar tamamlandıqdan sonra rəsmiləşdiriləcəyi bildirilirdi.
Savinyo “Mançester Siti”nin heyətində 84 matç keçirib və 7 qol vurub. O, klubla Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.
Braziliyalı futbolçu müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış edib. 2024-cü ilin martında ilk dəfə əsas milliyə dəvət alan Savinyo həmin ay İngiltərə ilə keçirilən qarşılaşmada debüt edib. Braziliya “Uembli”dəki matçda 1:0 hesabı ilə qalib gəlib.
Savinyo 2024-cü ildə keçirilən Amerika Kubokunda da Braziliya millisinin heyətində iştirak edib. O, hazırda milli komandada 13 oyun keçirib və 1 qol vurub.
Namiq HUN