Sürücülərin DİQQƏTİNƏ! - Bu 3 ünvanda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin DİQQƏTİNƏ! - Bu 3 ünvanda hərəkət məhdudlaşdırılacaq
21.08.2026 18:57 Sosial

Bakı şəhərinin üç ünvanında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsində nəqliyyatın hərəkəti avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsində, Gülüstan Sarayına gedən yolda, eləcə də Əlibəyov qardaşları küçəsində isə avqustun 22-si saat 09:00-dan müvəqqəti məhdudlaşdırılacaq.

Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər