11 ölkədən 48 nəfər Azərbaycana təhvil verildi – SİYAHI
2026-cı ilin ilk 6 ayında beynəlxalq axtarışda olan 48 nəfərin Azərbaycana ekstradisiyası təmin olunub.
TodayPress TV xəbər verir ki, Azərbaycana təhvil verilən şəxslərdən 20 nəfər Rusiyadan, 6 nəfər Gürcüstandan, 6 nəfər Qazaxıstandan, 4 nəfər BƏƏ-dən, 4 nəfər Ukraynadan, 2 nəfər Türkiyədən, 2 nəfər Monteneqrodan, 1 nəfər Almaniyadan, 1 nəfər Serbiyadan, 1 nəfər Moldovadan və 1 nəfər Özbəkistandan ekstradisiya edilib.
Eyni dövrdə Azərbaycan 20 nəfəri xarici ölkələrə təhvil verib. Onlardan 6-sı Özbəkistana, 4-ü Rusiyaya, 3-ü Qırğızıstana, digərləri isə Moldova, Çin, Hindistan, Türkiyə, Rumıniya, Tacikistan və Türkmənistana ekstradisiya edilib.