Dəməşq Məkkə Sazişinə qoşulur? – Suriya XİN-dən RƏSMİ AÇIQLAMA
Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında “əsas tərəfdaş” kimi xarakterizə edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Pakistana rəsmi səfəri zamanı jurnalistlərə bildirib
Məkkədə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Birgə Müdafiə Sazişinə dair suala cavab verən əş-Şeybani Suriyanın bu məsələ üzərində işlədiyini bildirib:
“Bizim bu ittifaqa qoşulub-qoşulmamaqla bağlı hələ qərarımız yoxdur”.
Aysel Mətləb