Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurdu

Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurdu
21.08.2026 19:49 İdman

Boks üzrə Azərbaycan millisi Serbiyanın Loznitsa şəhərində U-19 Avropa çempionatında daha bir medal qazanıb.

TodayPress TV xəbər verir ki, yığmanın aktivinə növbəti medalı Əli Baxışov yazdırıb.

60 kq-da çıxış edən boksçu yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan millisi 35 ölkədən 354 boksçunun qatıldığı Avropa çempionatında 1 gümüş və 1 bürünc medal qazanıb.

Xatırladaq ki, Ə. Baxışovdan öncə Banuçiçək Nəsirli (48 kq) 3-cü yeri tutub.

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər