“Barselona” qapı problemini həll edir: Livakoviçlə razılıq əldə olundu!

“Barselona” qapı problemini həll edir: Livakoviçlə razılıq əldə olundu!
21.08.2026 16:56 İdman

“Barselona” “Fənərbağça” klubunun və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçlə icarə əsasında əməkdaşlıq şərtlərini razılaşdırıb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Razılaşmanın 2026/27-ci illər mövsümünün sonuna qədər icarəni nəzərdə tutduğu bildirilir.

“Barselona”nın gələn yay Livakoviçin transfer hüquqlarını tam almağı planlaşdırdığı qeyd olunur. Kataloniya təmsilçisi bununla Voyçex Şçensnının əvəzlənməsini hədəfləyir.

Mümkün transferin ilkin dəyərinin 2 milyon avro olacağı, daha 2 milyon avronun isə bonuslar şəklində nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, Livakoviç ötən mövsümü icarə əsasında “Jirona” və Zaqreb “Dinamo”sunda keçirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər