Belarus Finlandiyadakı səfirliyini bağlayır
Belarus sentyabrın 1-dən Finlandiyadakı səfirliyinin fəaliyyətini dayandıracaq.
TodayPress TV xəbər verir ki, qərar Nazirlər Şurası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Belarus və Finlandiya 1992-ci ildə diplomatik münasibətlər qurub, Belarusun Helsinkidəki səfirliyi isə 2011-ci ilin dekabrında fəaliyyətə başlayıb.