Türkiyə İnterpolu hərəkətə keçirir: Netanyahu üçün "qırmızı bülleten" tələb olundu!

Türkiyə İnterpolu hərəkətə keçirir: Netanyahu üçün "qırmızı bülleten" tələb olundu!
21.08.2026 18:00 Dünya

Türkiyə Ədliyyə Nazirliyi Netanyahunun “qırmızı bülleten”lə beynəlxalq axtarışa verilməsini istəyib.

TodayPress TV "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun İnterpolun “qırmızı bülleteni” ilə beynəlxalq axtarışa verilməsi üçün ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə müraciət edib.

“2026-cı il iyulun 14-də Benyamin Netanyahu ilə bağlı çıxarılmış həbs qərarlarına uyğun olaraq, Daxili İşlər Nazirliyinə beynəlxalq axtarışla bağlı qırmızı bildirişlərin verilməsi üçün müraciət etdik. Müvafiq sənədlər Xarici İşlər Nazirliyinə də göndərilib”, – deyə məlumatda bildirilir.

Nazir xatırladıb ki, “Sumud” humanitar flotiliyası ilə bağlı işi araşdıran Türkiyə məhkəməsi Netanyahunu və daha 34 yüksəkvəzifəli İsrail məmurunu insanlığa qarşı cinayətlərdə, soyqırımda, qanunsuz azadlıqdan məhrum etmədə, qəddar rəftarda, sağlamlığa qəsdən zərər vurmaqda, qarətdə və nəqliyyat vasitələrinin qanunsuz saxlanılmasında ittiham edir.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər