Sərhədlər minalanır, 29 anbar tikilir: Polşa Müdafiə Nazirliyindən həyəcan təbili
Polşa şərq sərhədindəki hər rayonda hərbi anbarlar yaradır.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin milli müdafiə nazirinin müavini Tsezari Tomçik bildirib.
“Hər rayonda – Rusiya, Litva, Belarus və Ukrayna ilə həmsərhəd olan ərazilərdə – mühəndis qoşunlarının texnika və silah-sursat topladığı xüsusi anbar yaradılır”, – deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda belə 15 anbar yaradılıb, yaxın aylarda isə onların sayı 29-a çatdırılacaq. Bundan əlavə, Polşa hərbçiləri şərq sərhədində minalanmış sahələrin yaradılmasına hazırlaşırlar.
Avqustun 21-də Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamağa hazır olduğunu bildirib. O, Belarusla sərhəddə də eyni tədbirlərin görülə biləcəyini qeyd edib. Nazir bu məqsədlər üçün ölkənin istehkam və möhkəmləndirilmiş müdafiə qurğularına malik olduğunu bildirib.
Milli müdafiə nazirinin müavini Tsezari Tomçik isə Polşaya sərhəd-keçid məntəqələrini bağlamaq üçün 7-14 gün lazım olacağını açıqlayıb.
Bundan əvvəl Polşada şərq sərhədindəki istehkamların “deşiyə çevrildiyi” barədə açıqlama verilib.
Qiymət Mahir