Eberldən Musiala mesajı: “Ona bütün dəstəyi göstərəcəyik!”

Eberldən Musiala mesajı: “Ona bütün dəstəyi göstərəcəyik!”
21.08.2026 16:20 İdman

“Bavariya”nın idman direktoru Maks Eberl komandanın yarımmüdafiəçisi Camal Musialanın səhhəti ilə bağlı vəziyyətə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Bavariya”nın rəsmi saytı məlumat yayıb.

Eberl klubun Musialanın vəziyyətindən müəyyən müddətdir xəbərdar olduğunu və futbolçuya dəstək göstərdiklərini bildirib:

“Camal bu barədə məlumat vermək istəyirdi. Klub daxilində, o cümlədən futbolçular arasında biz bunu artıq bir müddətdir bilirdik. Bu, bizim üçün gündəlik həyatın bir hissəsinə çevrilmişdi. Biz vahid ailəyik və hamımız birlikdə Camala mümkün olan bütün dəstəyi göstərəcəyik.

Biz ona əvvəllər də kömək etmişik və bundan sonra da edəcəyik. Bu barədə çoxdan məlumatımız var idi və vəziyyətin öhdəsindən birlikdə gəlmişik. O, dərman qəbul etmə sxemini dəyişdi və buna görə də belə hallar daha nəzərəçarpan oldu. Lakin onun üçün heç bir təhlükə yox idi.

İndi isə belə halların baş vermədiyi əvvəlki vəziyyətə qayıtmaq istəyirik”.

Qeyd edək ki, almaniyalı futbolçu daha əvvəl dörd gün ərzində keçirilən iki matç zamanı huşunu itirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər