Gəncədə dəhşətli QƏTL: Ana evində öldürüldü, oğlu şübhəli bilinir

Gəncədə dəhşətli QƏTL: Ana evində öldürüldü, oğlu şübhəli bilinir
21.08.2026 18:45 Hadisə

Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib.

TodayPress TV xəbər verir ki, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.

49 yaşlı Qərənfil Muxtarova yaşadığı evdə boğularaq öldürülüb. İlkin ehtimala görə, qadının qətlində onun oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər