İran dolları “köhnəlmiş” elan etdi

İran dolları “köhnəlmiş” elan etdi
21.08.2026 18:39 Dünya

Dövlətlər arasında ABŞ valyutasından istifadə etməklə hesablaşmalar mal və xidmətlərin ödənişinin köhnəlmiş üsuludur. 

TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Bağdadda keçirilən iqtisadi forumda bildirib.

O qeyd edib ki, ABŞ-nin qlobal hegemonluğu dövrü başa çatıb, lakin Tehran yaranmış imkandan tam istifadə etməyib və köhnəlmiş üsullardan istifadə etməklə ticarəti davam etdirir.

“ABŞ dollarından asılılıqdan imtina etmək və ticarətdə hesablaşmalar zamanı yerli valyutalardan istifadəyə keçmək lazımdır”, - deyə Qalibaf vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər