Çin ABŞ-yə “YOX” dedi: "Sanksiyalar həll yolu deyil!"
Çin rəsmiləri ABŞ liderlərinin İrana qarşı iqtisadi müharibəni dəstəkləmək çağırışını rədd ediblər.
TodayPress TV xəbər verir ki, rəsmilər BMT Təhlükəsizlik Şurasının qərarı və ya beynəlxalq hüquqla təsdiqlənməyən hər hansı qanunsuz və birtərəfli sanksiyaya qarşı çıxıblar.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, sanksiyalar və təzyiq məsələnin həllinə kömək etməyəcək və yalnız regional gərginliyi artıracaq. Nazirlik Vaşinqtonu və digər tərəfləri iqtisadi məcburetmə əvəzinə siyasi və diplomatik dialoq yolu ilə həll yolu axtarmağa çağırıb.
Xatırladaq ki, ABŞ Maliyyə naziri Skott Bessent Pekini “proqrama qoşulmağa” və İran rejiminin müharibəni dayandırmaqla bağlı Ağ Evin tələblərinə əməl etməsinə nail olmağa yönəlmiş iqtisadi kampaniyanı dəstəkləməyə çağırmışdı.
Aysel Mətləb