Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir
Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.
TodayPress TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.