Meteohəssas insanlara xəbərdarlıq: Maqnit fırtınası gözlənilir
Avqustun 25-də Günəşdə baş verən güclü M7.0 sinifli partlayışdan sonra Günəşdəki aktivlik səngiyib. Lakin partlayış nəticəsində yaranan plazma buludu Yerə doğru hərəkətini davam etdirir və avqustun 28-də planetimizə çatacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, alimlərin hesablamalarına görə, Yerə çatacaq maqnit fırtınası əvvəlki proqnozlarla müqayisədə daha zəif olacaq.
Fırtınanın G1-G2 səviyyəsində olması, geomaqnit pozuntularının isə iki günə qədər davam etməsi ehtimal edilir.
Mütəxəssislər bildirirlər ki, vəziyyətə Günəşdəki tac dəliyindən gələn əlavə enerji də təsir göstərə bilər. Günəşdə avqustun 25-dən etibarən aktivliyin kəskin artdığı və Yerə təsir göstərə biləcək güclü proseslərin baş verdiyi qeyd olunub.
Türkan İsgəndərli