Balqabaq yağının faydaları şişirdilir? Alimlərdən diqqətçəkən açıqlama

Balqabaq yağının faydaları şişirdilir? Alimlərdən diqqətçəkən açıqlama
26.08.2026 04:22 Sağlamlıq

Balqabaq yağının tərkibində doymamış yağ turşuları, E vitamini ailəsinə daxil olan tokoferollar, fitosterollar və müxtəlif bitki mənşəli fenol birləşmələri var. 

TodayPress TV xəbər verir ki, bu səbəbdən onun qidalanmada dəyərli yağ mənbəyi olduğu bildirilir.

Araşdırmalara görə, balqabaq yağının ürək-damar sistemi üçün müəyyən faydaları ola bilər. Lakin bu barədə elmi məlumatlar hələ kifayət qədər deyil. Kiçik bir araşdırmada yağı 12 həftə istifadə edən qadınlarda “yaxşı” xolesterinin səviyyəsində müsbət dəyişikliklər müşahidə olunub.

Balqabaq yağının prostat vəzinin fəaliyyətinə təsiri də araşdırılıb. Bəzi tədqiqatlarda prostat böyüməsi olan kişilərdə simptomların azaldığı müşahidə edilsə də, dərman müalicəsinin daha güclü təsir göstərdiyi qeyd olunub.

Mütəxəssislər vurğulayırlar ki, balqabaq yağı dərman deyil və xəstəliklərin müalicəsini əvəz etmir. Həmçinin yüksək kalorili olduğu üçün həddindən artıq istifadə edilməsi tövsiyə olunmur. Onu salat, tərəvəz və digər yeməklərin tərkibində ölçülü şəkildə istifadə etmək daha məqsədəuyğundur.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər