Çin-Hindistan sərhədində gərginlik azalır?

Çin-Hindistan sərhədində gərginlik azalır?
26.08.2026 15:53 Dünya

Çinin vitse-prezidenti Han Çjen Pekində Hindistanın milli təhlükəsizlik müşaviri və Çin-Hindistan sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi Ajit Doval ilə görüşüb.

TodayPress TV xəbər verir ki, "Sinxua"nın məlumatına görə, görüş zamanı iki ölkə arasındakı münasibətlərin gələcəyi müzakirə olunub.

Han Çjen bildirib ki, Çin və Hindistan ikitərəfli əlaqələrə uzunmüddətli və strateji baxımdan yanaşmalı, iki ölkə liderlərinin əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsi üçün birgə çalışmalıdır.

Çin rəsmisi tərəflərin strateji qarşılıqlı etimadı gücləndirməsinin, əməkdaşlıq imkanlarını genişləndirməsinin və çoxtərəfli platformalarda koordinasiyanı davam etdirməsinin vacibliyini vurğulayıb.

Han Çjen, həmçinin fikir ayrılıqlarının düzgün idarə edilməsinin Çin-Hindistan münasibətlərinin sabit və davamlı inkişafına kömək edəcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər