“Liverpul” dünya çempionatının ulduzuna göz dikdi – 58 milyon avro

“Liverpul” dünya çempionatının ulduzuna göz dikdi – 58 milyon avro
26.08.2026 16:50 İdman

“Liverpul” “Kristal Pelas” klubunun və Seneqal millisinin vingeri İsmail Sarrın transferi ilə bağlı danışıqlar aparır.

TodayPress TV insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, mersisayd təmsilçisi 28 yaşlı futbolçu üçün təxminən 50 milyon funt sterlinq (58 milyon avro) məbləğində rəsmi təklif göndərib. 

Sarr özü də “Liverpul”a keçidə maraq göstərir. “Kristal Pelas” daha əvvəl futbolçu üçün “Qalatasaray” klubundan gələn iki təklifi rədd edib.

Sarr 2026-cı il dünya çempionatında Seneqal millisinin ən məhsuldar futbolçusu olub. O, turnirdə keçirdiyi 4 oyunda 4 qol vurub.

Seneqallı hücumçu ötən mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 45 matçda 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Sarrın klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər