Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
26.08.2026 15:00 Sosial

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, deputat “Novoye Vremya” qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib.

Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və üçüncü dəfə evlənmədiyini bildirib.

Qeyd edək ki, ötən gün 81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, tanınmış rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu haqda məlumat yayılıb.

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər